Son yenilənmə: 19 iyul 2026 — SatLink platformasından istifadə qaydaları
SatLink ("Platforma") satıcılarla alıcıları bir araya gətirən onlayn elan və mini-mağaza xidmətidir. Platforma yalnız texniki vasitəçi rolunu oynayır: istifadəçilərə mağaza yaratmaq, məhsul/xidmət elan etmək və WhatsApp vasitəsilə birbaşa əlaqə saxlamaq imkanı verir. SatLink alqı-satqı əməliyyatının bir tərəfi deyil.
Platformadan istifadə etməklə istifadəçi aşağıdakı şərtləri tam qəbul etmiş sayılır.
Mağaza və elanlar aşağıdakı əsas kateqoriyalar üzrə yerləşdirilə bilər. Admin panel vasitəsilə yeni kateqoriyalar əlavə edildikcə bu siyahı yenilənir.
Platformanın Premium, VIP və reklam paketləri üçün ödənişlər yalnız tətbiqdəki rəsmi bank hesabına və yalnız ödəniş səhifəsində göstərilən məbləğ üzrə edilməlidir. Çeklər admin tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra paket aktivləşir.
SatLink Admin/sayt rəhbərliyi istifadəçilər arasında baş verən alqı-satqı əməliyyatlarına, ödəniş mübahisələrinə, malın keyfiyyətinə, çatdırılmasına və ya istifadəçilər arasındakı hər hansı fırıldaqçılığa görə məsuliyyət daşımır. Platforma yalnız elan yerləşdirmək üçün texniki infrastruktur təqdim edir.
İstifadəçilər başqa istifadəçilərlə əlaqədə olarkən öz məsuliyyəti və ehtiyatı ilə hərəkət etməlidir.
Qeydiyyat zamanı topladığımız məlumatlar (ad, soyad, telefon, e-poçt) yalnız hesabınızı identifikasiya etmək, mağazanızı yaratmaq və dəstək xidməti göstərmək üçün istifadə olunur.
Aşağıdakı məhsul və xidmətlərin elanı, satışı və ya reklamı Platformada qəti qadağandır. Belə elanlar xəbərdarlıqsız silinir və hesab bloklana bilər:
Bu şərtlərin pozulması (qadağan olunmuş məhsul, saxtakarlıq, təkrarlanan şikayət və s.) aşkar edildikdə Admin heç bir xəbərdarlıq etmədən mağazanı/hesabı müvəqqəti və ya daimi bloklaya bilər.
Platformada reklamı olunan/elan edilən məhsul və xidmətlərin alqı-satqısı birbaşa alıcı ilə satıcı arasında baş verir; SatLink bu əməliyyatların tərəfi olmadığı üçün məhsulun qaytarılması və pulun geri qaytarılması məsələləri həmin satıcı ilə alıcı arasında həll olunur.
Şərtlərin pozulması, fırıldaqçılıq şübhəsi və ya digər problemlər barədə Platforma daxilindəki dəstək kanalları vasitəsilə bizə müraciət edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Azərbaycan
Telefon / WhatsApp: +994 77 310 18 10 (WhatsApp)
E-poçt: info@satlinkaz.biz